8,663 sionist hərbiçi reabilitasiya mərkəzlərinə köçürülüb
https://parstoday.ir/azeri/news/west_asia-i6222
Sionist mənbələr Qəzza zolağına qarşı müharibənin başlanğıcından indiyədək 8,663 sionist hərbiçinin reabilitasiya mərkəzlərinə köçürüldüyünü bildirib.
(last modified 2024-06-18T10:43:39+00:00 )
İyun 18, 2024 14:41 Asia/Baku
  • 8,663 sionist hərbiçi reabilitasiya mərkəzlərinə köçürülüb

Sionist mənbələr Qəzza zolağına qarşı müharibənin başlanğıcından indiyədək 8,663 sionist hərbiçinin reabilitasiya mərkəzlərinə köçürüldüyünü bildirib.

 

Sionist rejimin Knesseti (parlamenti) bəyanat yayaraq, 2023-cü il oktyabrın 7-dən və Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bu yana 8,663 sionist hərbiçinin ruhi və fiziki xəstəliklər reabilitasiya şöbəsinə köçürüldüyünü elan edib.

Bu açıqlamada deyilir: Ən çox görülən yaralanma növləri əl və ayaq xəsarətləridir ki, bu da 42% təşkil edir. Hadisədən sonra psixi reaksiya və şok 21%, daxili xəsarətlər 9%, onurğa beyni xəsarəti 7%, qulaq xəsarəti 8%, göz xəsarəti 2% təşkil edir.

Bu bəyanatda yaraların növü və digər xəsarətlər haqqında məlumat verilmir.