Məhərrəm ayının 3-cü günü
(last modified Tue, 09 Jul 2024 08:16:10 GMT )
İyul 09, 2024 12:16 Asia/Baku
  • Məhərrəm ayının 3-cü günü

1. Ömər ibni Səd, İmamın (ə) Kərbəlaya daxil olmasından bir gün sonra dörd min nəfərlik ordu ilə Kufədən xaric olur.

 

2. İmam Hüseyn (ə) qəbrinin olacağı torpaqları 60 min dirhəmə satın alır. Onlarla şərt kəsir ki, insanlara ziyarət üçün yol göstərsinlər və onun zəvvarlarını üç gün qonaq saxlasınlar.

3. Həmin günü Ömər ibni Səd, Kəsir ibni Abdullah adlı birini İmamın (ə) yanına göndərir ki, onun sözünü İmama çatdırsın. Kəsir, Ömərə deyir: “Əgər istəyirsənsə elə həmin görüşdə Hüseyni öldürüm?” Ancaq Ömər qəbul etmir və deyir ki, indi belə bir qəsdim yoxdur. O, xeymələrə yaxınlaşan zaman Əbu Səmamə Seydavi İmamın (ə) yanında idi. Onu görən kimi üzünü İmama (ə) tutur və deyir: “Bu gələn insan dünyanın ən pis bəndəsidir”. Ona görə qarşıya gedib, ona deyir: “Qılıncını çıxart və sonra İmamın (ə) yanına get”. Deyir: “Heç vaxt belə etmərəm”. Əbu Səmamə deyir: “Onda mənim əlim sən sözünü deyənə qədər qılıncının üzərində olacaqdır”. Deyir: “Heç vaxt”. Əbu Səmamə deyir: “Sözünü mənə de ki, mən İmama (ə) deyim. Sən pis əməl sahibisən. Mən icazə vermərəm ki, İmamın (ə) yanına gedəsən”.

O, qəbul etmədi. Qayıdıb, məsələni ibni Sədə deyir. Səəd başqa birini göndərib, İmamdan (ə) soruşur: “Bura nə üçün gəlmişdir? Həzrət (ə) cavabında buyurur: “Kufə əhli məni çağırıbdır, peyman bağlamışam və Kufəyə tərəf gedirəm. Əgər istəmirsinizsə, geri qayıdım?”.