-
Dünyanın ən böyük konteyner daşıyan gəmiçilik şirkətləri arasında İran Gəmiçiliyi 16-cı yerə yüksəldi
Avq 07, 2025 19:16İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), “Alphaliner” reytinq qurumunun ən son hesabatında əvvəlki mövqeyindən üç pillə yüksələrək dünyanın ən böyük konteyner daşıyan gəmiçilik şirkətləri arasında 16-cı yeri tutub.
-
İranın xarici işlər naziri Qəzza ilə bağlı İƏT-in fövqəladə iclasının keçirilməsini tələb edib
Avq 07, 2025 19:09İranın xarici işlər naziri bir məktubla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinə və Türkiyə ilə Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinə müraciət edərək Qəzzada baş verən faciəvi vəziyyətin müzakirəsi məqsədilə İƏT-in fövqəladə iclasının keçirilməsini istəyib. O vurğulayıb: Hazırda baş verənlər təkcə bir humanitar böhran deyil, mühasirə altında olan mülki əhalinin planlı şəkildə məhv edilməsidir.
-
Əraqçi: Harada lazımdırsa, danışıqlar aparacağıq
Avq 07, 2025 16:06Xarici işlər naziri deyib: İndi Beynəlxalq Atom Enerjisi Agentliyi bilir və cənab baş direktor bilməlidir ki, tamamilə yeni şərait yaradılıb. Bizdə həm parlamentin qanunu var, həm də mövcud şərtlər dəyişib. Bir neçə nüvə obyektimiz hücuma məruz qalıb, bombalanıb və ziyan dəyib. Təbiidir ki, həm sahədəki dəyişikliklərə görə, həm də Milli Məclisin qanununa görə BAEA ilə münasibətlərdə yeni dövr başlamalıdır.
-
Əraqçi ilə Misir xarici işlər nazirinin telefon danışığında regiondakı son vəziyyət müzakirə olundu
Avq 07, 2025 09:43Misirin xarici işlər naziri Bədr Əbdülati, İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə telefon danışığında ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıb.
-
İran Qlobal Su-Bataqlıq Şəhərləri Qiymətləndirmə Komitəsinin üzvü oldu
Avq 06, 2025 19:26İran İslam Respublikasının nümayəndələrinin cari ilin 1–9 avqust tarixlərində Zimbabvenin Viktoriya-Folz şəhərində keçirilən Ramsər Konvensiyasının 15-ci Tərəflər Konfransı (COP15)-də iştirakı ölkə üçün mühüm nəticələrlə yadda qalıb və İranın xüsusilə bataqlıqların qorunması sahəsində beynəlxalq nüfuzunu daha da gücləndirib.
-
Əhmədyan ölkənin milli və strateji layihələrinin irəliləyiş qərargahına rəhbər təyin olundu
Avq 06, 2025 17:22Prezident Məsud Pezeşkian, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əliəkbər Əhmədianı özünün xüsusi nümayəndəsi və ölkənin Milli və Strateji Layihələrinin İrəliləyiş Qərargahının rəhbəri vəzifəsinə təyin edib.
-
İranda xarici investisiyaların cəlb olunmasında əhəmiyyətli artım
Avq 06, 2025 16:16İran Ticarət Palatasının Xarici İnvestisiyalar Assosiasiyasının rəhbəri Hüseyn Səlimi, xarici investisiyaların cəlb olunmasındakı artımı hökumətin iqtisadi uğuru kimi qiymətləndirib. O bildirib ki, ötən il 2023-cü illə müqayisədə xarici investisiyaların cəlb olunmasında 50-60 faiz artım qeydə alınıb və nəticədə 10-11 milyard dollar həcmində xarici sərmayə qeydə alınıb.
-
İslam ölkələri fəal diplomatiya və diplomatik təzyiq vasitəsilə Qəzzada cinayətlərin davam etməsinin qarşısını almalıdır
Avq 06, 2025 13:06Dr. Məsud Pezeşkian bu gün səhər çərşənbə günü Malayziyanın baş naziri cənab Ənvər İbrahimlə telefon danışığında Qəzzada humanitar fəlakətin davam etməsinin qarşısını almaq üçün İslam ölkələrinin kollektiv səylərinin vacibliyini vurğuladi.
-
İran və Azərbaycan Respublikası ortaq sərhəd layihələrinin sürətləndirilməsinə təkid etdi
Avq 06, 2025 13:00İranın yol və şəhərsalma naziri Fərzanə Sadıq və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev, iki ölkə arasında Astara sərhəd keçid məntəqəsi və hazırda inşası davam edən sərhəd körpüləri də daxil olmaqla, ortaq sərhəd layihələrinin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
-
Təmərçin sərhədi Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycandan olan zəvvarları qəbul edir
Avq 06, 2025 11:55Qərbi Azərbaycan əyalətinin Yol və Avtomobil Nəqliyyatı İdarəsinin Baş direktoru deyib: Təmərçin sərhədi hər il qonşu ölkələrdən, xüsusilə Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və Rusiyadan Ərbəin zəvvarlarını qəbul edir.