İsrailin təhlükəsizlik sistemi zəifləyib
(last modified Sun, 21 May 2023 12:29:49 GMT )
May 21, 2023 16:29 Asia/Baku
  • İsrailin təhlükəsizlik sistemi zəifləyib

Həmas lideri İsmayıl Həniyyə bəyan edib ki, sionist hərbçilərin hazır vəziyyətdə olması təhlükəsizliyinin süstlüyündən xəbər verir.

 İsmayıl Həniyyə deyib: “İşğal olunmuş Qüdsün ən qədim məkanlarının bağlanması sionist qəsəbə sakinlərinin fələstinlilər və müqavimətdən qorxduğunun göstəricisidir”.

Onun sözlərinə görə, düşmənlə mübarizə davam edir. Yalnız və yalnız Fələstin və Qüds azad olduqdan, köçkünlər geri qayıtdıqdan sonra bu mübarizə başa çatacaq.

Haniyə vurğulayıb: “Hal-hazırda baş verənlər vətən və dini məsələlərə aiddir. Müqavimətin qüdrəti ilə bizim vətən və qanunlarımızın mahiyyətini əks etdirən Fələstin bayrağı yenidən dalğalanacaq”.

Qeyd edək ki, 18 may 1946-cı ildə Qüdsün şərqi sionistlər tərəfindən işğal olunmuş və işğalçı rejim bu günü Bayraq Yürüşü kimi hər il qeyd edir.

Verilən məlumata görə İsrail rejimi 3 min polis qüvvəsini Qüdsdə yerləşdirdikdən sonra təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün daha 500 qüvvə də əlavə edib.

Teqlər