Suriyanın Müvəqqəti Prezidentinin Azərbaycanda İsrail rəsmiləri ilə görüş ehtimalı artır
İsrailin bəzi xəbər mənbələri Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaranın Azərbaycan Respublikasında İsrail rəsmiləri ilə birbaşa görüşə biləcəyi ehtimalından xəbər veriblər.
İsrailin “i24 News” xəbər portalı Əhməd Əş-Şaraya yaxın mənbəyə istinadən bildirib ki, o, şənbə günü Bakıda İsrail rəsmiləri ilə ən azı bir rəsmi görüşdə iştirak edəcək.Eyni zamanda, İsrailin 14-cü televiziya kanalı da bir diplomatın sözlərinə istinadən bildirib ki, Əhməd Əş-Şaranın Bakıya səfəri zamanı İsrail rəsmiləri ilə Dəməşq nümayəndələri arasında da görüşlər keçiriləcək.Bununla bağlı İsrail ordusunun ehtiyatda olan polkovniki, general Cak Neriya "Kanal 12" ilə müsahibəsində bildirib: “Görünən odur ki, bizimlə Suriya arasında danışıqlar gedir; bu danışıqlar hərbi qarşıdurmadan çəkinmək və mümkün yeni təhlükəsizlik sazişi imzalamaq istiqamətində aparılır.”O, əlavə edib: “Sərhədlərimiz indi faktiki olaraq İraqla qonşudur, çünki Suriya İranla aramızda bufer zonaya çevrilib.”General həmçinin qeyd edib ki, İsraillə Suriya arasında dialoqlar davam edir və bu danışıqlar İsrailin təhlükəsizlik naziri Tsaxi Hanegbi, Suriyanın müvəqqəti müdafiə naziri və prezidenti Əhməd Əş-Şara vasitəsilə aparılır.Digər tərəfdən, İsrailin “Kan” xəbər şəbəkəsi də bildirib: “Əgər Azərbaycan Respublikasında Suriya və İsrail rəsmiləri arasında bir görüş baş tutubsa, bu təəccüblü deyil.”Şəbəkənin verdiyi məlumata görə, son günlərdə Suriya ilə İsrail arasında birbaşa və ya dolayı yolla əlaqələr və danışıqlar ABŞ-nin vasitəçiliyi ilə davam edir və bu görüş nə birinci, nə də sonuncu olacaq.