Sionist mediası israilli qadın pilotun görüntülərinin yayımlanmasına reaksiya verib
https://parstoday.ir/azeri/news/west_asia-i12166-sionist_mediası_israilli_qadın_pilotun_görüntülərinin_yayımlanmasına_reaksiya_verib
 Sionist “İsrael Hayom” qəzeti İran İslam Respublikası Televiziyası tərəfindən israilli qadın pilotun görüntülərinin yayımlanmasına istinad edərək, bu məsələni ciddi və təhlükəli adlandırıb.
(last modified 2025-08-05T08:52:17+00:00 )
Avq 04, 2025 12:51 Asia/Baku
  • Sionist mediası israilli qadın pilotun görüntülərinin yayımlanmasına reaksiya verib

 Sionist “İsrael Hayom” qəzeti İran İslam Respublikası Televiziyası tərəfindən israilli qadın pilotun görüntülərinin yayımlanmasına istinad edərək, bu məsələni ciddi və təhlükəli adlandırıb.

 

Sionist qəzeti “İran televiziyası İsrail Hərbi Hava Qüvvələrinin pilotunun şəxsiyyətini açıqladı” başlıqlı xəbərində İran İslam Respublikası televiziyasının İsrail Hərbi Hava Qüvvələrinin qadın pilotunun şəxsiyyətini açıqladığını və əlavə olaraq pilotun həyat yoldaşı və uşağının şəkillərinin də nümayiş olunduğunu elan edib.Sionist “İsrael Hayom” qəzeti əlavə edib ki, sızdırılan məlumatlara israilli qadın pilotun xidmət etdiyi rütbə, vəzifə və eskadrilya sayı daxildir.