Əl-Culani: Biz İsraillə müqavilə imzalamağa çox yaxınıq
https://parstoday.ir/azeri/news/west_asia-i12640-Əl_culani_biz_İsraillə_müqavilə_imzalamağa_çox_yaxınıq
Suriya üsyançılarının cavabı ilə qarşılaşmayan sionist rejimin gündəlik təcavüz hədəfi olduğu halda, Suriyada hakim üsyançıların lideri Amerikanın vasitəçiliyi ilə yaxın gələcəkdə sionist rejimlə razılaşmanın imzalana biləcəyini ehtimal edib.
(last modified 2025-09-21T12:01:30+00:00 )
Sen 20, 2025 17:59 Asia/Baku
  • Əl-Culani: Biz İsraillə müqavilə imzalamağa çox yaxınıq

Suriya üsyançılarının cavabı ilə qarşılaşmayan sionist rejimin gündəlik təcavüz hədəfi olduğu halda, Suriyada hakim üsyançıların lideri Amerikanın vasitəçiliyi ilə yaxın gələcəkdə sionist rejimlə razılaşmanın imzalana biləcəyini ehtimal edib.

 

Suriyada hakim üsyançıların başçısı və Təhrir əl-Şam Cəbhəsinin lideri Əbu Məhəmməd Əl-Culani (Əhməd Əl-Şara) Türkiyə mətbuatına müsahibəsində “İsrail”lə 1974-cü il müqaviləsinə bənzər bir müqavilənin imzalanmasının yaxın günlərdə baş tutacağını bildirib.Əl-Məyadin-in məlumatına görə, o, Suriyanın Amerika vasitəçiliyi ilə razılığa gəlməyə “çox yaxın” olduğunu bildirib və İsrail rejiminə etibar etmədiyini bəyan edib.O, İsrailin Suriya Müdafiə Nazirliyinə hücumunu müharibə elanı kimi qiymətləndirib, lakin İsraillə təhlükəsizlik razılaşmasının qaçılmaz olduğunu bildirib.