HƏMAS: Sionistlərin Qərb sahilindəki təcavüzləri heç vaxt xalqımızın iradəsini qıra bilməyəcək
https://parstoday.ir/azeri/news/west_asia-i12992-hƏmas_sionistlərin_qərb_sahilindəki_təcavüzləri_heç_vaxt_xalqımızın_iradəsini_qıra_bilməyəcək
HƏMAS hərəkatı İsrail rejiminin Qərb sahilindəki təcavüzlərinin davam etməsinə cavab olaraq vurğulayıb: Bu təcavüzlər Fələstin xalqının iradəsini və dözümünü heç vaxt qıra bilməyəcək.
(last modified 2025-10-19T06:29:39+00:00 )
Okt 18, 2025 19:46 Asia/Baku
  • HƏMAS: Sionistlərin Qərb sahilindəki təcavüzləri heç vaxt xalqımızın iradəsini qıra bilməyəcək

HƏMAS hərəkatı İsrail rejiminin Qərb sahilindəki təcavüzlərinin davam etməsinə cavab olaraq vurğulayıb: Bu təcavüzlər Fələstin xalqının iradəsini və dözümünü heç vaxt qıra bilməyəcək.

 

HƏMAS əlavə edib: Bu təcavüzlər Fələstinlilərin qəzəb alovunu daha da alovlandıracaq və təsirini Qərb sahilinə yayacaq.

 

Fələstin mediasının məlumatına görə, işğalçı qüvvələr eyni vaxtda müxtəlif şəhər və düşərgələrə hücum ediblər; bunlar arasında Ramallahın şimalındakı Tərmusiya, Nablosun şərqindəki Bəlate düşərgəsi və işğal olunmuş Qüdsün şimalındakı Qələndya düşərgəsi var.

 

Qələndyaya hücum zamanı İsrail hərbçiləri gözyaşardıcı qazdan və səsli partlayıcılardan istifadə ediblər.

 

Həmçinin, sionistlər işğal olunmuş Qüdsün şimal-şərqindəki Ənata şəhərinə hücum edərək əsirlikdən azad edilərək Misirə sürgün olunmuş Mahmud Musa İsanın evini axtarıblar.