Sergey Lavrov:
ABŞ və İsrail Hörmüz boğazında yaranmış hazırkı vəziyyətə görə məsuliyyət daşıyırlar
Rusiya xarici işlər naziri ABŞ və sionist rejimi Hörmüz boğazında mövcud vəziyyətə görə məsul tərəflər kimi göstərib.
Pars Today-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində bildirib ki, ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar müharibəsindən əvvəl Hörmüz boğazı açıq idi və burada heç bir problem yox idi.
O, bu barədə açıqlamasında bildirib ki, həmin müharibəyə qədər Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı heç bir müzakirə aparılmırdı.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib: “Əlbəttə, biz də Hörmüz boğazından keçid üçün hər hansı ödəniş tətbiq olunmasını istəmirik, lakin bu məsələ əlavə müzakirə tələb edir.”