İraqlı hərbi ekspert:
İran ABŞ-ın danışıqlar üçün şərtlərini qəbul etməyəcək
İraqlı təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert ABŞ ordusunun Minab və Sirik şəhərlərində mülki şəxslərə hücumunu “müharibə cinayəti” adlandıraraq vurğulayıb ki, İran ABŞ-ın danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etməyəcək.
“Pars Today”in İRNA-ya istinadən verdiyi məlumata görə, iraqlı təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Adnan əl-Kənani “Əl-Əhd” xəbər kanalına müsahibəsində İranın müharibəni idarə etməkdə uğurlu strategiyasına toxunaraq bildirib ki, İran müharibəni öz ərazisinin daxilindən Hörmüz boğazına qədər çəkməyə nail olub.
Bu hərbi ekspert qeyd edib ki, “İranın müharibədə dayanıqlılığı əvvəlkindən daha da artıb və bu ölkə müharibədən sonra ittifaqların xəritəsini dəyişəcək”. O vurğulayıb ki, İran ABŞ-ın danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etməyəcək.
Əl-Kənani ABŞ ordusunun Minab və Sirik şəhərlərində mülki şəxslərə hücumunun bu ölkənin hərbi və mülki hədəfləri ayırd etmək üçün malik olduğu qabaqcıl texnologiyalar nəzərə alınmaqla qəsdən həyata keçirildiyini bildirib.
O deyib: “Döyüşlər dəqiq şəkildə planlaşdırılır, çünki səhvə yol vermək üçün heç bir imkan yoxdur. ABŞ hərbi obyektləri yaşayış binalarından ayırd edə bilən qabaqcıl texnologiyalara malikdir.”
Əl-Kənani vurğulayıb ki, Minabdakı məktəbin və Sirikdə keçirilən toy mərasiminin hədəfə alınması müharibə cinayəti hesab olunur.