Husi:
Ali-Səud rejimi imperializmin “beşinci kolon”u rolunu oynayıb
Əl-Husi bildirib ki, qeyri-müsəlman xalqlar arasında Qəzzada baş verən faciələrə qarşı ictimai şüurun oyanması və dünya ictimaiyyətinin Fələstin xalqına həmrəyliyi özlərini İslam dünyasının lideri kimi təqdim edən rejimlərin passivliyini və acizliyini üzə çıxarıb.
Ənsarullah hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi Qəzza zolağında baş verən hadisələr fonunda bəzi İslam ölkələrinin mövqeyini tənqid edib.
Əl-Husi bildirib ki, qeyri-müsəlman xalqlar arasında Qəzzada baş verən faciələrə qarşı ictimai şüurun oyanması və dünya ictimaiyyətinin Fələstin xalqına həmrəyliyi özlərini İslam dünyasının lideri kimi təqdim edən rejimlərin passivliyini və acizliyini üzə çıxarıb.
O, Səudiyyə Ərəbistanını nəzərdə tutaraq deyib ki, Britaniya müstəmləkəçiliyinin formalaşdırdığı və Qərb-sionist cəbhəsinin maraqlarına xidmət edən Ali-Səud rejimi İslam dəyərlərindən uzaqlaşmaq və dini vəzifələri təhrif etməklə İslam ümmətinin vahid şəkildə hərəkətə keçməsinə maneçilik törədib.
Ənsarullah lideri əlavə edib ki, tarixin və etibarlı sənədlərin yenidən nəzərdən keçirilməsi bu rejimin Fələstin məsələsindəki fəaliyyətinin «xəyanət, arxadan zərbə vurmaq və sionist təcavüzkarların təhlükəsizliyini qorumaqdan» başqa bir şey olmadığını göstərir.