İsrail Rəfəh keçidinin amanda qalacağına dair vədinə xilaf çıxdı - Jurnalistlərdən canlı qalxan kimi istifadə
(last modified Tue, 10 Oct 2023 19:20:33 GMT )
Okt 10, 2023 23:20 Asia/Baku
  • İsrail Rəfəh keçidinin amanda qalacağına dair vədinə xilaf çıxdı - Jurnalistlərdən canlı qalxan kimi istifadə

Sionist rejimin müharibə nazirliyi bu rejim ordusu sözçüsünün Rəfəh sərhəd-keçid məntəqəsinin amanda qalacağı ilə bağlı açıqlamalarının əksinə olaraq Qəzza-Misir sərhəddindəki bu keçidi bombaladı.

 

İRNA-nın çərşənbə axşamı verdiyi xəbərə görə, Amerikanın “Washington Post” qəzeti işğal olunmuş ərazilərlə Misir sərhəddindəki Rəfəh sərhəd-keçid məntəqəsinin bombalanması ilə bağlı xəbər yayaraq yazıb: “Bu keçid Qəzzaya ərzaq daşımaq üçün yeganə mümkün keçid idi və digər keçidlər artıq İsrail tərəfindən bağlanıb.”

Halbuki, bu gün səhər saatlarında sionist rejim ordusunun sözçüsü “Riçard Hetç” Qəzza əhalisindən hücumlardan yayınmaq üçün Rəfəh sərhəd-keçidi vasitəsilə Misirə getmələrini istəmişdi.

Jurnalistləri qətlə yetirmək və ya onlardan canlı qalxan kimi istifadə etməkdə keçmişi olan sionist ordu bu gün Qəzza sərhədində işğal olunmuş ərazilərin cənubundakı döyüş bölgələrini ziyarət etmək üçün bir sıra beynəlxalq media jurnalistlərini bu əraziyə aparıb.

Eyni zamanda sionist “The Times of Israel” qəzeti yazıb: “Müharibə nazirliyi İsrail mediası müxbirlərinin bu döyüş bölgəsinə getməsinə icazə verməyib.”

Teqlər