Washington Post qəzetinin etirafı; Sinvarın meydanda qəhrəmancasına şəhid olması İsrail propaqandasını rüsvay etdi
(last modified 2024-10-21T10:40:28+00:00 )
Okt 21, 2024 14:40 Asia/Baku
  • Washington Post qəzetinin etirafı; Sinvarın meydanda qəhrəmancasına şəhid olması İsrail propaqandasını rüsvay etdi

Vaşinqton Post qəzeti HƏMAS lideri Yəhya Sinvarın şəhadətini təhlil edərək, bunu Fələstin müqavimət hərəkatı üçün qələbə amili hesab edib və vurğulayıb: Sinvarın həyatının son anlarını əks etdirən görüntülərin nümayişi dünya üçün olan propaqanda döyüşündə İsrailin növbəti məğlubiyyəti idi və dünyaya mübariz və cəsur bir qəhrəmanı nümayiş etdirdi.

 

İsrail HƏMAS-ın siyasi ofisinin rəhbəri Yəhya Sinvarın həyatının son anlarını əks etdirən görüntüləri dərc etməklə onu qorxaq və sonda İsrail qüvvələri tərəfindən öldürülən qaçaq kimi təqdim etməyə çalışsa da, bu görüntülər dünyanın bir çox insanının nəzərində onun cəsarətinin və mübarizə ruhiyyəsinin sübutu oldu.

The Washington Post əlavə etdi: Sinvarın tərəfdarları bədəninin tozlu olması və əlindəki silahla eyni görüntülərdən istifadə etdilər və onu - tuneldə gizlənməyən və müharibədən qaçmayan biri olaraq - döyüşən mübariz kimi təriflədilər. Bu videonu izləyənlərin çoxu bunu nəinki məğlubiyyət və rüsvayçılıq əlaməti hesab edir, hətta Sinvarın İsrail dronuna taxta parçası atmasının belə onun gücünün və müqavimət ruhunun zirvəsini göstərdiyini vurğulayırlar.

Teqlər