Qüds qüvvələri komandanının müavini: Silahlı qüvvələr hər zaman tam hazır vəziyyətdədir
(last modified 2024-10-21T09:38:53+00:00 )
Okt 21, 2024 13:38 Asia/Baku
  • Qüds qüvvələri komandanının müavini: Silahlı qüvvələr hər zaman tam hazır vəziyyətdədir

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin koordinasiya üzrə komandir müavini deyib: İran İslam Respublikasının silahlı qüvvələri hər zaman tam hazırlıq vəziyyətindədir.

 

Briqada generalı İrəc Məscidi bazar ertəsi səhər şəhid general-mayor Abbas Nilfuruşanın pak cənazəsinin qarşılanma mərasimində insanların izdihamlı iştirakı ilə bağlı deyib: Biz ömrümüzün sonuna qədər şəhidlərin yolundayıq və onların yolu, məktəbi davam edəcək.

O, bu izdihamlı iştirakın müqavimət, duruş və şəhadət istəmək mesajını ehtiva etdiyini bildirib və əlavə edib: Bu şəhadətlərlə geri çəkilməyəcəyik və o əziz şəhidlərin, Fələstin və Livanın məzlum xalqının qanının qisasını sionist düşməndən alacağıq.

Teqlər