Biz İsraildəki bütün hədəfləri müəyyənləşdirmişik - Hər hansı bir hücuma cavab verəcəyik
(last modified 2024-10-20T10:39:08+00:00 )
Okt 20, 2024 14:39 Asia/Baku
  • Biz İsraildəki bütün hədəfləri müəyyənləşdirmişik - Hər hansı bir hücuma cavab verəcəyik

 Xarici işlər naziri deyib: Biz İsraildəki bütün hədəfləri müəyyən etmişik. İrana qarşı istənilən hücum bizim üçün qırmızı xətti keçmək deməkdir. Belə bir hücumu cavabsız qoymayacağıq. İranın nüvə obyektlərinə hər hansı hücuma və ya buna bənzər hər hansı hücuma lazımi cavab veriləcək.

 

Seyid Abbas Əraqçi 18 oktyabr cümə günü İstanbulda keçirilən 3+3 regional əməkdaşlıq mexanizmi iclası çərçivəsində Türkiyənin NTV telekanalına müsahibəsində deyib: İsrail Amerikasız Qəzza və Livanda cinayət törədə bilməz. Orada istifadə edilən bütün silahlar Amerika tərəfindən verilir.

O əlavə edib: Bizim üçün Amerika sionistlərin müttəfiqidir və əgər regionda genişmiqyaslı müharibə baş verərsə, ABŞ bu müharibəyə sürüklənəcək və biz bunu qətiyyən istəmirik.

Əraqçi qeyd edib: İrana qarşı istənilən hücum bizim üçün qırmızı xətti keçmək deməkdir. Belə bir hücumu cavabsız qoymayacağıq. İranın nüvə obyektlərinə və ya buna bənzər hər hansı hücuma lazımi cavab veriləcək. Biz İsraildəki bütün hədəfləri müəyyən etmişik, İsrailin İrana qarşı istənilən hücumuna uyğun cavab veriləcək.

Diplomatik xidmətin rəhbəri həmçinin aydınlıq gətirib: Biz sionist rejimin iqtisadi və mülki obyektlərinə hücum etmədik və yalnız hərbi obyektləri hədəfə aldıq. İndi biz orada bütün hədəflərimizi müəyyən etmişik və uyğun hücum onların hədəflərinə də ediləcək.

Teqlər