Putin COP29-a gəlməyəcək
(last modified 2024-10-20T10:59:41+00:00 )
Okt 20, 2024 14:59 Asia/Baku
  • Putin COP29-a gəlməyəcək

Rusiya Prezidenti Vladimir Putinin BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlməyəcəyi bildirilir.

 

BBC Azərbaycan hökumətindəki bir mənbənin belə bir məlumat verdiyini bildirib. Mənbə, Rusiyanı tədbirdə Baş nazirin təmsil edəcəyini deyib.

Ukrayna Qərb ölkələrini Putinin konfransa qatılacağı təqdirdə COP29 sammitini boykot etməyə çağırıb. Bu barədə Ukraynanın yüksək səviyyəli diplomatlarından biri “Politico”ya danışıb. Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov da müsahibəsində bunu təsdiqləyib:

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, əgər Putin oradadırsa, onlar gəlməyəcəklər”,- Vsevolod Çentsov deyib.

Son günlər Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında: Putinin Bakı sammitində iştirak edib-etməməsi barədə hələlik qərar verilmədiyini demişdi.

Teqlər