HƏMAS-ın yüksək rütbəli rəsmisi: Sionist rejimin Beyt Lahiyədəki cinayəti müasir nasizmin yüksəlişini göstərir
(last modified 2024-10-20T10:40:23+00:00 )
Okt 20, 2024 14:40 Asia/Baku
  • HƏMAS-ın yüksək rütbəli rəsmisi: Sionist rejimin Beyt Lahiyədəki cinayəti müasir nasizmin yüksəlişini göstərir

 HƏMAS-ın yüksək vəzifəli rəsmisi Xəlil əl-Həyyə şənbə günü gecə sionist rejimin Qəzza zolağının şimalında törətdiyi cinayətə münasibət bildirərkən deyib: Beyt Lahiyə cinayəti müasir nasizmin meydana çıxmasını göstərir.

 

Əl-Həyyə Əl-Cəzirə telekanalına deyib: Sionist işğalçılar Fələstin xalqını Qəzzanın şimalından köçürmək üçün planlaşdırılmış əməliyyat həyata keçirib.

O, aydınlaşdırıb: Sionist rejimin Beyt-Lahiyədə törətdiyi cinayətə asanlıqla göz yummaq olmaz.

HƏMAS-ın bu yüksək rütbəli rəsmisi deyib: Biz hər kəsə Qəzza zolağında işğalçıların kütləvi şəkildə soyqırımı etməsinə görə tarixi məsuliyyətini xatırlatmalıyıq.

Əl-Həyyə bəyan edib: Qəzza zolağındakı xalqımız heç vaxt İsrail generallarının məcburi köçlərinə yönəlmiş tələblərini yerinə yetirməyəcək.

Sionist rejim Fələstindəki cinayətlərinin davamı olaraq bir saat əvvəl Qəzza zolağının şimalındakı Beyt-Lahiyə bölgəsini hava hücumu ilə hədəfə alıb və indiyədək 73 nəfər şəhid olub.

Teqlər