Avropa Şurasının sammiti Gürcüstanın Avropa İttifaqına üzvlüyünün virtual olaraq dayandırıldığını elan edib. Bu barədə Avropa Şurasının saytında dərc olunan sənəddə deyilir.
(last modified 2024-10-18T17:19:28+00:00 )
Okt 18, 2024 21:19 Asia/Baku
  • Avropa Şurasının sammiti Gürcüstanın Avropa İttifaqına üzvlüyünün virtual olaraq dayandırıldığını elan edib. Bu barədə Avropa Şurasının saytında dərc olunan sənəddə deyilir.

Sənəddə bu qərarın səbəbi, Gürcüstan hökumətinin Avropa İttifaqının dikte etdiyi “dəyər və prinsiplərə” baş əyməməsi ilə əsaslandırılıb.

 

Avropa Şurası xatırladır ki, Gürcüstan hökumətinin fəaliyyət kursu Gürcüstanın Avropa yolunu təhdid edir və faktiki olaraq Aİ-yə üzvlük prosesini dayandırır.

Bundan əlavə, Avropa Şurası Gürcüstanda qarşıdan gələn parlament seçkilərinin nəticələrinin qərb ölkələrini qane etməyəcəyi təqdirdə Gürcüstana qarşı planlar həyata keçirə biləcəyinin anonsunu da verib. Şura bildirib ki, seçkilərin beynəlxalq standartlara uyğun və beynəlxalq və milli seçki müşahidəçilərinin maneəsiz çıxışını təmin ediləcəyini gözləyir.

Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski isə Gürcüstanı Avropanın istəklərini təmin etməyəcəyi təqdirdə sanksiyaların hədəfinə çevrilməklə hədələyib.  Diplomatın sözlərinə görə, Aİ Gürcüstan demokratiyadan uzaqlaşmağa davam edərsə, ona qarşı da sanksiyalar tətbiq edəcək.

Qeyd edək ki, iyulda məlum olmuşdu ki, Vaşinqtonun antidemokratik hesab etdiyi “xarici agentlər” haqqında qanuna görə ABŞ Gürcüstan hökumətinə 95 milyon dollardan çox məbləğdə yardımı dayandırır. “Reuters”in məlumatına görə, Avropa İttifaqı da Gürcüstana ayrılan 30 milyon avroya yaxın hərbi yardımı dondurub.

“Xarici agentlər” haqqında qanun qərb ölkələri və Avropa qurumlarının Gürcüstanın daxili işlərinə müdaxilə üçün bu ölkədə Qeyri Hökumət Təşkilatları adı altında agentləri maliyyələşdirməsini məhdudlaşdırır.

Teqlər