İran sionist rejimin işğal olunmuş Fələstində cinayətkar əməllərinin davam etməsini kəskin şəkildə pisləyib
(last modified 2024-10-21T10:39:42+00:00 )
Okt 21, 2024 14:39 Asia/Baku
  • İran sionist rejimin işğal olunmuş Fələstində cinayətkar əməllərinin davam etməsini kəskin şəkildə pisləyib

 İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin işğal olunmuş Fələstində cinayətkar əməllərinin davam etməsini qətiyyətlə pisləyib.

 

İsmayıl Bəqayi 20 oktyabr 2024-cü il bazar günü gecə deyib: Beynəlxalq ictimaiyyətin və insan haqları institutlarının susması və məsuliyyətdən yayınması, eyni zamanda azğın sionist rejimin cəzasız qalması və ABŞ-ın sionist rejimə davamlı dəstək verməsi sayəsində, biz bu rejimin Fələstin xalqına qarşı hər gün hər cür cinayətlər və vəhşiliklər törətdiyinin şahidi oluruq.

Diplomatik qurumun sözçüsü əlavə edib: Ötən gecə Beyt-Lahiyyada bu səhərə qədər yetmişdən çox günahsız fələstinli qadın və uşağın qətliam edilməsi, həmçinin ifratçı sionist yerləşimçilərin Məscid Əl-Əqsaya qarşı vəhşicəsinə hücumu, sionist aparteid rejiminin Fələstin xalqının kimliyini və bu müqəddəs torpağın müqəddəs yerlərini, xüsusən də Məscid Əl-Əqsanı məhv etmək üçün mütəşəkkil və təhlükəli proqram hazırladığına işarə edir.

Bəqayi sionistlərin Fələstin xalqına qarşı cinayətləri və hücumlarının davam etməsinin dəhşətli və gözlənilməz nəticələri barədə xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyətdən və İslam hökumətlərindən bu rejimin cinayətlərinə dərhal, qəti və çəkindirici reaksiya verməyə və cinayət rəhbərlərini məsuliyyətə cəlb etməyə çağırıb.

Teqlər