HƏMAS: Düşmənə qarşı yeni cəbhələr açılacaq
(last modified Thu, 26 Oct 2023 09:10:31 GMT )
Okt 26, 2023 13:10 Asia/Baku
  • HƏMAS: Düşmənə qarşı yeni cəbhələr açılacaq

İRNA-nın məlumatına görə, HƏMAS hərəkatının Siyasi Bürosunun sədr müavini Saleh Əl-Aravi əlavə edib: “Hizbullahdakı qardaşlarımız da daxil olmaqla, müqavimət cəbhəsi ilə davamlı zənglərimiz və görüşlərimiz var. Bu döyüş həm də onların döyüşüdür.

 

 

O, sözlərinə belə davam edib: Əgər düşmən qurudan Qəzzaya daxil olarsa, Fələstin xalqı üçün yeni və aydın mərhələ yaranacaq və düşmən öz tarixində misli görünməmiş məğlubiyyətə uğrayacaq.

HƏMAS hərəkatının Siyasi Bürosunun sədr müavini vurğulayıb ki, Qəzzada saxlanılan əcnəbilər bizim qonaqlarımızdır və biz israilli əsirləri fələstinli əsirlərlə dəyişdirəcəyik.

Əl-Aravi həmçinin deyib: “Biz milləti əmin edirik ki, müqavimət yaxşı vəziyyətdədir. Düşmən, şübhəsiz ki, törətdiyi cinayətlərə görə cəzalandırılacaqdır.

Teqlər