Sionist ordusu Ceninə hücum edib
Sionist qüvvələrin Cenin şəhərinə hücumu nəticəsində 1 fələstinli şəhid olub, 3 nəfər isə yaralanıb.
Aran Radiosunun Fələstinin “Şahab” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Cenindəki Fələstin müqavimət qüvvələri sionist hərbçilərin hücumuna cavab verib ,güllə və əldəqayırma partlayıcı qurğular ataraq Onlar ilə toqquşublar.
Bu hesabat əlavə edir ki, sionistlərin Ceninə hərbi hücumundan sonra “Abdullah Əbu Əl-Həyca” adlı bir fələstinli gənc şəhid olub və üç nəfər yaralanıb.
Bu xəbərə əsasən, sionist qüvvələr əlxəlilin şimalında yerləşən Beyt Əmr qəsəbəsinə də basqın edərək 2 fələstinlini həbs ediblər.
Sionist qüvvələrin İordan çayının qərb sahilinin şimalına hücumu bu rejimin Qəzza zolağının şimal və mərkəzi bölgələrinə hava hücumlarının hazırda davam etdiyi bir vaxtda baş verib.
Oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana 7 mindən çox fələstinli şəhid olub, on minlərlə fələstinli isə yaralanıb və ya itkin düşüb. Fələstinli şəhid və yaralıların əksəriyyəti mülki şəxslər və müdafiəsiz fələstinli qadın və uşaqlardır.
Müqavimət qüvvələri ilə mübarizə aparmaq iqtidarında olmayan sionist ordusu əməliyyatın əvvəlindən Qəzzada yaşayış məntəqələrini, xəstəxanaları, dini mərkəzləri və məktəbləri açıq-aşkar bir cinayətlə bombalayıb.