Türkiyə lideri Qəzzə məsələsində İranla birgə addımların atıla biləcəyindən danışdı
Fələstini sözdə israili əməldə dəstəkləyən Ərdoğan
Türkiyə prezidenti qondarma İsrail rejimini şıltaq uşaq adlandıraraq, Qərbi Qəzzədəki vəziyyətə münasibətinə görə tənqid edib.
Rəcəb Təyyib Ərdoğan deyib: “İsraili dəstəkləyən Qərb ölkələrinin Qəzzə zolağındakı vəziyyətə münasibəti qorxaqlıq və vicdansızlığın təzahürüdür”.
Onun sözlərinə görə, Fransada Şarli Hebdo-nun redaksiyasına hücum 20-yə yaxın insanın ölümünə səbəb olanda, dünya liderləri Parisdə yürüş keçirirdi. İndi Qəzzədə 20 minə yaxın insan həlak olub, amma heç kim bir söz deməyib.
Bundan başqa, Ərdoğan fələstinlilərə görə İsraildən təzminat tələb edilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, İsrail özünü “şıltaq uşaq kimi” aparır.
Türkiyə prezidenti sonra Fələstin-İsrail münaqişəsinin həlli üçün ölkəsinin İranla əməkdaşlığa hazır olduğunu bəyan edib.
Türkiyə lideri iranlı həmkarı İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini qeyd edərək bildirib: “Qəzzə məsələsində İranla əməkdaşlıq etməmək üçün heç bir səbəb yoxdur”, - deyə Ərdoğan bildirib.
Ərdoğan Rəisi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini vurğulayıb.