İstanbul kilsəsinə hücum edən şəxslər tutuldu
https://parstoday.ir/azeri/news/west_asia-i4204-İstanbul_kilsəsinə_hücum_edən_şəxslər_tutuldu
İstanbulda kilsəyə silahlı hücum edilib.
(last modified 2024-01-29T10:49:46+00:00 )
Yan 29, 2024 08:53 Asia/Baku

İstanbulda kilsəyə silahlı hücum edilib.

İstanbulda yerləşən Santa Mariya kilsəsində silahlı insident törədən iki şübhəli saxlanılıb.

 bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.

Nazir şübhəlilərin saxlanılmasında iştirak edən təhlükəsizlik qüvvələrini keçirdikləri uğurlu əməliyyat səbəbilə təbrik edib.

Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.