Suriyanın şərqindəki ABŞ hərbi bazasına hücum olub
(last modified Sat, 06 Apr 2024 10:00:17 GMT )
Apr 06, 2024 14:00 Asia/Baku
  • Suriyanın şərqindəki ABŞ hərbi bazasına hücum olub

 Bu gün (şənbə) işğalçı Amerikanın Deyr əz-Zor vilayətinin şimal-şərqində yerləşən Koniko qaz yatağında hərbi bazası hücuma məruz qalıb.

 

Bazanın içərisindən bir neçə güclü partlayış səsi eşidilib. Həmçinin partlayışların baş verdiyi yerdən səmaya qalın tüstü qalxıb.Çərşənbə axşamı da Suriyanın şərqindəki Əl-Tanf bölgəsindəki Amerika bazası intiharçı pilotsuz uçan aparatla hücuma məruz qalmışdı.Yerli mənbələr vurğulayıblar ki, axşam saatlarında intiharçı pilotsuz təyyarə İordaniya sərhədində Amerika bazasını hədəfə alıb, lakin bu hücumun məsuliyyəti haqqında təfərrüatlar açıqlanmayıb.Eyni mənbələrin iddiasına görə, Amerika qüvvələri bu pilotsuz təyyarəni hədəfə çatmazdan əvvəl baza ətrafındakı səhrada vurublar.

Teqlər