Qəzzədə 10 min şagird və 400 müəllim şəhid olub
(last modified Tue, 30 Jul 2024 13:37:22 GMT )
İyul 30, 2024 17:37 Asia/Baku
  • Qəzzədə 10 min şagird və 400 müəllim şəhid olub

İşğalçı İsrailin təcavüzü nəticəsində Qəzzədə 10 aydır davam edən müharibədə 10 min şagird və 400 müəllim həyatını itirib.

 

Fələstin Təhsil Nazirliyi bu barədə bildirib ki, 39 min şagird isə orta məktəbə qəbul imtahanında iştirak edə bilməyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına əsasən, müharibə səbəbilə 625 min şagird təhsildən məhrumdur. Qəzzə zolağında təhsil müəssisələrinin isə 88 faizi zərər görüb.

Teqlər