Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb
(last modified Fri, 02 Aug 2024 11:11:02 GMT )
Avq 02, 2024 15:11 Asia/Baku
  • Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb

Türkiyədə bu gün instaqram sosial şəbəkəsinə giriş bağlanıb. Türkiyə mediası bildirir ki, qərar ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilib.

 

İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTQ) saytında yayılan məlumata görə, bu gün səhər saatlarından etibarən ölkə ərazisində instaqram-a giriş bloklanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: “İnstaqramın insanların başsağlıqlarını məhdudlaşdırmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.

Teqlər