Maduro: Venesueladakı çevriliş cəhdinin arxasında qlobal sionizm dayanır
(last modified Sat, 03 Aug 2024 09:44:11 GMT )
Avq 03, 2024 13:44 Asia/Baku
  • Maduro: Venesueladakı çevriliş cəhdinin arxasında qlobal sionizm dayanır

 Venesuela prezidenti deyib: Venesueladakı çevriliş cəhdinin arxasında Amerika və qlobal sionizm dayanır.

 

Nikolas Maduro Əl-Mayadeen kanalına verdiyi müsahibədə əlavə edib: Venesueladakı ekstremist müxaliflər qlobal sionizm tərəfindən maliyyə və siyasi cəhətdən dəstəklənir. 

O əlavə etdi: Sionizm cərəyanı habelə sosial şəbəkələrdəki təsir yolu ilə Venesueladakı çevrilişə dəstək verir. 

Maduro deyib: Seçkilərdəki qələbəm bir millətin öz müstəqilliyi, ləyaqəti və gələcəyi üçün göstərdiyi səylərin ən yaxşı göstəricisidir. Artıq dünya Vaşinqtonun, qəddar kapitalist sistemin və yeni faşizmin tələblərinə əməl etmək istəmir. 

O, ölkəsinin Fələstinə qarşı mövqeyini bir daha vurğulayaraq bildirib: Venesuela həmişə Fələstinin yanında olacaq. 

Venesuela prezidenti Fələstin xalqının qətliamını Hitler dövründən bəri ən dəhşətli hadisə hesab edib və Fələstinin gec-tez qalib gələcəyini və bu iztirabların qəlbindən ümid qığılcımlarının parlayacağını vurğulayıb.

Teqlər