Yəmənin Ənsarullahı: İsrail alçaldıcı bir dağıntı gözləsin
(last modified Sat, 03 Aug 2024 10:47:27 GMT )
Avq 03, 2024 14:47 Asia/Baku
  • Yəmənin Ənsarullahı: İsrail alçaldıcı bir dağıntı gözləsin

Yəmənin Ənsarullah hərəkatının üzvü HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin terror edilməsindən sonra sionist rejimi təhdid edib və deyib: Bu rejim alçaldıcı bir dağıntı gözləməlidir.

 

Yəmənin Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Hizam Əl-Əsəd X sosial şəbəkəsindəki istifadəçi səhifəsində mesajında ivrit dilində belə yazıb: İsraillilər niyə narahatdırlar? Çünki onların gözlədikləri alçaldıcı və rüsvayçı bir məhvdir. 

Bununla əlaqədar olaraq, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı axşam HƏMAS-ın siyasi ofisinin rəhbəri şəhid İsmayıl Həniyənin cənazəsinin Qətərə gətirilməsi ilə eyni vaxtda vurğuladı: Rəhbərlərin şəhadəti müqavimət üzvlərinin davam etmək motivasiyasında həmişə böyük təsir göstərib və sionist düşmən cinayətləri artırmaqla qaçılmaz ilahi vəd olan öz süqutuna yaxınlaşır. 

Yəmənin Ənsarullah hərəkatının lideri bildirib: Komandir Həniyənin terror edilməsi bütün adət-ənənə və müqəddəslərin açıq şəkildə pozulmasıdır. Həniyənin terror edilməsi avropalıları və mövqeləri qınaq səviyyəsinə belə çatmayan bəzi ərəb ölkələrini rüsvay etdi. 

O, vurğuladı: Şəhid Həniyənin Fələstinin ədalətli və müqəddəs amal və idealına xidmətdə, Fələstinin və Məscid Əl-Əqsanın azad edilməsində böyük və müstəsna xidmətləri olub.