Hizbullah qəsb olunmuş ərazilərin şimalına qarşı geniş raket hücumu keçirib
(last modified Sun, 04 Aug 2024 12:07:26 GMT )
Avq 04, 2024 16:07 Asia/Baku
  • Hizbullah qəsb olunmuş ərazilərin şimalına qarşı geniş raket hücumu keçirib

İnformasiya mənbələri bu gün səhər saatlarında Livan Hi*bull@hının işğal edilmiş ərazilərin şimalına qarşı geniş raket hücumundan xəbər veriblər.

 

Bu hücum Livanın cənubundan işğal olunmuş Cövlanın şimalına və Əlcəlil bölgəsinə qarşı keçirilib.

Bununla bağlı sionist rejim mediaları xəbər veriblər ki, atılmış raketlərin bir neçəsi qəsb olunmuş Fələstinin şimalında yerləşən Beyt-Hilləl bölgəsinə düşüb və yanğına səbəb olubdur.

Bəzi mənbələr bildiriblər ki, azı əlli raket işğal edilmiş ərazilərin şimalında yerləşən Əlcəlil bölgəsinə tərəf atılıb.

Teqlər