Türkiyənin XİN rəhbəri Qəzzə soyqırımı ilə bağlı dünya dövlətlərinə səsləndi
(last modified Mon, 05 Aug 2024 15:57:26 GMT )
Avq 05, 2024 19:57 Asia/Baku
  • Türkiyənin XİN rəhbəri Qəzzə soyqırımı ilə bağlı dünya dövlətlərinə səsləndi

Hakan Fidan: Bunu dayandırmasaq, cinayətin ortağı olacağıq

Türkiyənin xarici işlər naziri bəyan edib ki, Qərb İsrailin soyqırımında tərəfdaş olmamaq və Qəzzədəki vəziyyəti həll etmək üçün ona təzyiq göstərməlidir.

Hakan Fidan Misirlə Qəzzə sərhədində yerləşən "Rəfəh" keçid məntəqəsinə səfəri zamanı bildirib: “Rəfəh sərhəd-keçid məntəqəsi nəqliyyatın hərəkəti üçün bağlıdır, sərhədin o biri tərəfi tamamilə dağıdılıb, 100 metr aralıda insan faciəsi baş verir, soyqırım həyata keçirilir”.

Hakan Fidan sonra qeyd edib: “Gün ərzində təxminən 25 yük maşını Qəzzəyə daxil ola bilir. Bu qırğını dayandırmasaq, cinayətin ortağı olacağıq, ona görə də əlimizdən gələn köməyi göstərməyə, təzyiqləri artırmağa çalışmalıyıq. Qərb ölkələri, xüsusən də ABŞ susqunluğunu pozmalı, İsrailə təzyiq göstərməlidir, əks halda onlar soyqırımda İsrailin tərəfdaşlarına çevriləcək”.