Hizbullahın pilotsuz uçuş aparatı İsrailə zərbə endirdi
(last modified Mon, 05 Aug 2024 15:59:16 GMT )
Avq 05, 2024 19:59 Asia/Baku
  • Hizbullahın pilotsuz uçuş aparatı İsrailə zərbə endirdi

İlitdəki qərargah hədəfə alındı

Livan Hizbullahı bu gün səhər saatlarında işğal altındakı Fələstinin şimalında İsrail ordusunun qərargahlarından birinə pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Təsnim Xəbər Agentliyinin məlumatına əsasən, Livanın Hizbullah Hərəkatı elan edib ki, sionist rejimin İlit kazarmasındakı 91-ci diviziyasının yeni komanda qərargahını bir sıra hücum PUA-ları ilə hədəfə alıb.

Livan Hizbullahının bəyanatında deyilir: İslami Müqavimət Mücahidləri Qəzzə zolağında mətanətli və şərəfli Fələstin xalqına və onların şücaətli müqavimətinə dəstək olaraq, düşmənin “İlit” kazarmasında yeni yaradılmış 91-ci diviziyanın qərargahına PUA zərbəsi endirib.

Hizbullahın bəyanatında qeyd olunub ki, bu hücumda sionist zabit və əsgərlərin yerləri birbaşa hədəfə alınıb və çoxlu sayda sionist həlak olub və yaralanıb.