Türkiyə Cənubi Afrikanın İsrail rejiminə qarşı şikayətinə qoşulacaq
(last modified Tue, 06 Aug 2024 10:58:30 GMT )
Avq 06, 2024 14:58 Asia/Baku
  • Türkiyə Cənubi Afrikanın İsrail rejiminə qarşı şikayətinə qoşulacaq

Türkiyə prezidenti deyibdir ki, Ankara Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrail rejiminə qarşı qaldırdığı şikayət işinə qoşulacaq.

 

Türkiyə parlamentinin hüquq komandası Fələstin xalqına qarşı soyqırıma son qoymaq üzrə səyləri istiqamətində Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrail rejiminə qarşı qaldırdığı şikayət işinə qoşulacaq və Türkiyə avqustun yeddisində öz şikayətini bu məhkəməyə təqdim edəcək- deyə, Rəcəb Tayyıp Ərdoğan əlavə edib.

Türkiyə prezidenti söyləyib: Təəssüflər olsun ki, qərbli oyunçular, xüsusən Amerika, İsrail rejiminin və bir ovuc təəssübkeş sionistin əsiri olublar.

Ərdoğan sonra belə deyib: Türkiyə İsrail rejiminin Qəzzə zolağında törətdiyi barbarlığı durdurmaq üçün əlindən gələni əsirgəməyəcək.

Cənubi Afrika keçən il dekabrın iyirmi doqquzunda/ min doqquz yüz qırx səkkizinci ildə qəbul olunmuş soyqırımın qadağan edilməsi üzrə müqaviləni pozması ittihamı ilə sionist rejim əleyhinə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etdi.

Ondan sonra bir çox ölkə, o sıradan Liviya, Meksika, Nikaraqua və Kolumbiya da bu şikayətə qatıldılar.

Beynəlxalq Ədalət Məhkəməsi də sionist rejimi Qəzzədə insan durumunu yaxşılaşdırmaq və kütləvi soyqırımın baş verməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırdı.

 

Teqlər