Əynüləsəd bazasına qarşı iki hücum keçirilib
(last modified Tue, 06 Aug 2024 10:59:24 GMT )
Avq 06, 2024 14:59 Asia/Baku
  • Əynüləsəd bazasına qarşı iki hücum keçirilib

İnformasiya mənbələri bu gün səhər saatlarında İraqın qərbində yerləşən Əynüləsəd bazasına qarşı iki hücumun edildiyini bildiriblər.

 

Məlumatlara əsasən, birinci hücumda yaralanmış amerikan hərbçiləri köçürən hərbi təyyarənin Əynüləsəd-dən uçması ilə bir zamanda bu hərbi baza bir daha hədəfə alınıb.

Bundan öncə Pentaqon bildirmişdi ki, bazar ertəsi günü gecə Əynüləsəd bazasına qarşı raket hücumunda bir qrup amerikalı hərbçi yaralanıb.

Röyters infomasiya agentliyi də xəbər veribdir ki, Əynüləsəd-ə qarşı hücumda azı beş amerikalı hərbçi yaralanıb və yaralılardan birinin vəziyyəti yaxşı deyil.

Belə bir halda, sionist rejim medialarından bəziləri İraqın qərbində yerləşən Əynüləsəd amerikan bazasına qarşı hücumda iki amerikalı əsgərin öldürülməsindən xəbər verirlər.

Əlməyadin telekanalı da dünən gecə müəyyən mənbələrə istinadla Əynüləsəd bazasında üç partlayış səsinin eşidildiyini xəbər vermişdi.

Bu məlumata görə, partlayış səsləri raket və PUA hücumları ilə bağlıdır.

Teqlər