Yəmənin Ənsarullah və İraqın Nücəba hərəkatları Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin rəhbəri seçilməsini alqışlayıb
(last modified Wed, 07 Aug 2024 16:22:06 GMT )
Avq 07, 2024 20:22 Asia/Baku
  • Yəmənin Ənsarullah və İraqın Nücəba hərəkatları Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin rəhbəri seçilməsini alqışlayıb

Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsini təbrik edib və bunu sionist düşmənə zərbə hesab edib.

 

İRNA-nın çərşənbə günü "Əl-Məsirə" kanalına istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisi Yəhya Sinvarın HƏMAS-ın Siyasi Ofisinin yeni rəhbəri seçilməsini təbrik edib, Sinvarın seçilməsinin HƏMAS-ın hələ də güclü olduğunu göstərdiyini vurğulayıb.

 

Ənsarullahın bununla bağlı yaydığı bəyanatında bildirilir: “HƏMAS-ın bu tarixi məqamda və həssas vəziyyətdə bu böyük boşluğu doldurmaq bacarığı sionist düşmənə zərbədir.”

 

Bəyanatda əlavə olunur: “Düşmən Qəzzədə 300 gündən çox qətlam və dağıntılarla HƏMAS-ı darmadağın etməyi və müqavimət əməliyyatlarının qarşısını almağı düşünürdü. Amma HƏMAS-ın siyasi və hərbi rəhbərliyi, xalq arasında populyarlığı sübut etdi ki, bu hərəkat Fələstin xalqının hüquqlarının və onun ideyasının keşikçisidir.”

Teqlər