BMT İsrail həbsxanalarında fələstinli məhbusların hüquqlarının pozulmasını araşdırmağa çağırıb
(last modified Thu, 08 Aug 2024 07:28:15 GMT )
Avq 08, 2024 11:28 Asia/Baku
  • BMT İsrail həbsxanalarında fələstinli məhbusların hüquqlarının pozulmasını araşdırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü İsrail həbsxanalarında fələstinli məhbuslara qarşı sistematik işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı xəbərlərə görə hərtərəfli təhqiqat və cavabdehlik tələb edib.

 

BMT sözçünün müavini Fərhan Haq çərşənbə günü İsrailin B'Tselem adlı insan haqları qrupunun İsrail həbsxanalarında fələstinlilərin insan hüquqlarının ciddi və sistematik şəkildə pozulduğunu əks etdirən son hesabatı ilə bağlı suala cavab olaraq, yerli vaxtla keçirdiyi mətbuat konfransında, "İnsan hüquqlarının əsas prinsiplərinin pozulması ilə bağlı bütün bu iddialar tam şəkildə araşdırılmalı və cavabdehlik olmalıdır" dedi.

 

 Haq əlavə edib: Biz də hesab edirik ki, nə vaxt insan haqları normaları bu dərəcədə pozulursa, araşdırılmalıdır. İsrail və işğal olunmuş Fələstin əraziləri ilə məşğul olan insan haqları üzrə həmkarlarımız bütün bu iddiaları araşdıracaqlar.

Teqlər