Sionist rejim tərəfindən 690 fələstinli uşaq həbs edilib
(last modified Thu, 08 Aug 2024 09:10:34 GMT )
Avq 08, 2024 13:10 Asia/Baku
  • Sionist rejim tərəfindən 690 fələstinli uşaq həbs edilib

 Fələstinli Əsir və Azad Edilənlərin İşlərini Araşdırma Təşkilatı bir hesabatda bildirib ki, sionist rejim Qəzzəyə hərbi təcavüzün başlanğıcından bu yana 690 fələstinli uşağı həbs edib.

 

Fələstin Səma Xəbər Agentliyinin məlumatına görə, Fələstinli Əsirlər və Azad Edilənlərin İşlərini Araşdırma Təşkilatı elan edib ki, sionist rejim ötən oktyabrın 7-dən bu yana 690 fələstinli uşağı həbs edib.

 

 Bu Fələstin təşkilatı əlavə edib: İsrail (rejimi) mütəşəkkil şəkildə fələstinli uşaqları həbs edir və bu siyasətdən onlara qarşı cəza tədbiri olaraq istifadə edir.

Teqlər