Hakan Fidan: Qərb dəhşətli ikiüzlülük nümayiş etdirir
(last modified Fri, 09 Aug 2024 15:46:00 GMT )
Avq 09, 2024 19:46 Asia/Baku
  • Hakan Fidan: Qərb dəhşətli ikiüzlülük nümayiş etdirir

Türkiyə XİN rəhbəri bildirib ki, Ukraynada müqavimət göstərmək və Fələstindəki işğalçılara qeyd-şərtsiz dəstək vermək ikiüzlülükdür.

Hakan Fidan bu barədə Bosniyanın "Stav" nəşrinə müsahibəsində deyib: “Qərb Qəzzədəki vəziyyətlə bağlı dəhşətli ikiüzlülük nümayiş etdirir, Ukraynada baş verənləri cinayət hesab edir. Amma İsrailin Fələstini işğalına təbii və qanuni yanaşır. Ukraynada insanları müqavimətə çağıranlar Fələstin müqavimətini cinayətkar hesab edirlər. Bu, ikiüzlülükdür”.

Qeyd edək ki, İsrail cinayətkar ordusunun oktyabrın 7-dən Qəzzə zolağına təcavüzü nəticəsində şəhid olanların sayı 39,6 mini keçib, 91,5 mindən çox insan yaralanıb.