Sionist general: Ordunun vəziyyəti fəlakətlidir – Hərbiçilər bir-birini öldürür
(last modified Tue, 13 Aug 2024 11:23:51 GMT )
Avq 13, 2024 15:23 Asia/Baku
  • Sionist general: Ordunun vəziyyəti fəlakətlidir – Hərbiçilər bir-birini öldürür

Bir sionist general deyib: Qəzzada müharibə ordunun vəziyyətini fəlakətli edib. Belə ki, orada nizam-intizam yoxdur və hərbiçilər bir-birini öldürürlər.

Şahab xəbər agentliyinin verdiyi məlumata görə, sionist ordusunun hərbi şikayətlər şöbəsinin keçmiş rəisi “İshaq Brik” verdiyi açıqlamada bu rejim ordusunun fəlakətli vəziyyətdə olduğunu və Qəzzədəki müharibənin öz atəşilə ən çox ölümlə nəticələndiyini bildirib.O, vurğuladı: Hərbiçilərimiz bir-birini öldürür, qanun, nizam-intizam, əmr yoxdur.Sionist ordusunun bu istefada olan generalı əlavə edib: Hərbiçilər istədikləri tərəfə atəş açır, döyüş qaydaları yoxdur, bu müharibə haqqında deyilənlərin hamısı sırf yalandır.Bu yaxınlarda Brik Təl-Əvivdə çıxan “Maariv” qəzetindəki məqaləsində hakim kabinetin Qəzza müharibəsi cəbhəsinin vəziyyəti ilə bağlı yalan məlumatlarından narahatlığını ifadə edib.

Teqlər