HƏMAS: Sabah Doha görüşündə iştirak etməyəcəyik
(last modified Wed, 14 Aug 2024 12:45:37 GMT )
Avq 14, 2024 16:45 Asia/Baku
  • HƏMAS: Sabah Doha görüşündə iştirak etməyəcəyik

 HƏMAS hərəkatının yüksək səviyyəli rəsmilərindən biri vurğulayıb ki, sionist rejimin gedişatı pozması və bu rejimin baş nazirinin maneə törətməsinə görə, bu hərəkatın nümayəndələri Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsinə dair razılaşmanı müzakirə etmək üçün sabah, cümə axşamı Doha görüşündə iştirak etməyəcəklər.

 

Bu gün “Əl-Mayadeen” kanalı adını çəkmədiyi HƏMAS hərəkatının yüksək vəzifəli şəxslərindən birinə istinad edərək, bu hərəkatın nümayəndələrinin sabah (cümə axşamı) keçirilməsi planlaşdırılan Doha görüşündə iştirak etməyəcəklərini bildirib.O, HƏMAS hərəkatının iyulun 2-də təqdim edilən son razılaşma təklifinə istinad etmədən və ona əməl etmədən (Dohada) yeni danışıqların başlanmasını qəbul etməyəcəyini vurğulayıb.Bu HƏMAS rəsmisi bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahu danışıqlar prosesini pozan yeni şərtlər irəli sürüb.

Teqlər