HƏMAS: İşğal rejimi razılaşma axtarmır
(last modified Sat, 17 Aug 2024 08:38:17 GMT )
Avq 17, 2024 12:38 Asia/Baku
  • HƏMAS: İşğal rejimi razılaşma axtarmır

Fələstin İslami Müqavimət Hərəkatı ABŞ-ın Qəzzədə atəşkəslə bağlı təklifini rədd edib.

 

Associated Press-in məlumatına əsasən, hərəkatın bəyanatında deyilir ki, son təklif əvvəllər razılaşdırılmış versiyadan əhəmiyyətli dərəcədə fərqlənir və onlar yeni təklifləri qəbul etməyə hazır deyillər.

İslami müqavimət hərəkatının təmsilçilərindən biri Əl-Cəzirə ilə söhbətində vurğulayıb ki, işğalçı rejim razılaşma axtarmır və razılaşmanın qarşısını almaq üçün yeni şərtlər irəli sürür.

O, Amerikanın yeni istiqamətinin sionist rejimin şərtləri və tələblərinə uyğun olduğunu bildirib və vasitəçi tərəflərdən işğalçı rejimə təzyiq göstərməyi və onu razılaşmaları yerinə yetirməyə məcbur etməyi tələb edib.

Müqavimət rəsmisinin sözlərinə görə, hər hansı razılaşma Fələstin xalqına qarşı müharibənin dayandırılmasını və İsrail qüvvələrinin Qəzzədən çıxarılmasını, Qəzzə əhalisinə təcili yardımın göstərilməsini və əsirlərin mübadiləsi üçün real razılığın əldə olunmasını ehtiva etməlidir.

Xatırladaq ki, Qəzzədə atəşkəslə bağlı danışıqlar aparan vasitəçi dövlətlər Qətərin paytaxtı Dohada ötən həftə əldə edilmiş razılaşmalar əsasında sazişin bağlanmasını asanlaşdıra biləcək təkliflər irəli sürüblər. Vasitəçilər gələn həftənin sonuna kimi müəyyən nəticələri gözləyirlər.

Teqlər