Azad edilmiş 40 fələstinli əsirin bədənində ağır işgəncə izləri
(last modified Fri, 23 Aug 2024 14:43:17 GMT )
Avq 23, 2024 18:43 Asia/Baku
  • Azad edilmiş 40 fələstinli əsirin bədənində ağır işgəncə izləri

Cümə axşamı sionist rejim zindanlarından azad edilmiş 40 fələstinli əsirin bədənində şiddətli döyülmə və işgəncə izləri müşahidə edilib.

Fələstin Milli Hökumətinə bağlı “Vəfa” xəbər agentliyi yazıb: “İşğalçı İsrail rejimi cümə axşamı, axşam saatlarında 40-dan çox fələstinli əsiri azad edib. Onlardan bəziləri inzibati həbsdə (məhkəmə olmadan) olub və cəzalarını çəkib azadlığa buraxılıblar.”

Fələstinli Məhbuslar Klubu yaydığı bəyanatda bildirib: “Azadlığa buraxılan məhbusların bir qismi, xüsusən də Negev həbsxanasından çıxanlar dəri xəstəliklərinə düçar olublar.”

Bu bəyanata əsasən, Negev əvvəllər fələstinli məhbuslara qarşı işgəncə cinayətlərinin şahidi olan sionist rejimin ən mühüm həbsxanasıdır. Bu məsələ aidiyyəti qurumlar tərəfindən sənədləşdirilən onlarla sənəddə öz əksini tapıb.

Fələstin Məhbuslar Klubu əlavə edib: “Onların azadlığa buraxılmasından sonrakı ilk fotoları göstərdi ki, sionist rejimin orqanları tərəfindən onlara qarşı ardıcıl və mütəşəkkil cinayətlər və işgəncələr nəticəsində onların siması dəyişib.”

Məhbusların işləri üzrə Fələstinin bu müvafiq qurumu əlavə edib: “Fotolar bu cinayətlərin onlar üzərində təsirinin bir hissəsini göstərir və onlardan bəziləri buraxıldıqdan sonra xəstəxanalara aparılıb.”