Livan Hizbullahı 15 əməliyyatda sionist rejimin mövqelərini darmadağın etdi
(last modified Sat, 24 Aug 2024 09:36:12 GMT )
Avq 24, 2024 13:36 Asia/Baku
  • Livan Hizbullahı 15 əməliyyatda sionist rejimin mövqelərini darmadağın etdi

 Livan Hizbullahı bəyanat yayaraq bildirib ki, cümə günü raket və artilleriya hücumları da daxil olmaqla 15 əməliyyatda sionist rejimin işğal olunmuş Fələstinin şimalındakı mövqeləri və hərbi bazalarını darmadağın edib.

 

İRNA-nın şənbə günü səhər saatlarında Livan İslami Müqavimətinin döyüş üzrə informasiya qərargahına istinadən verdiyi xəbərə görə, Hizbullah bildirib ki, Qəzzə zolağındakı Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək və sionist rejimin Livanın cənubundakı kəndlərdə yaşayan mülki əhaliyə hücumuna cavab olaraq müqavimət qüvvələri müvafiq silahlarla “Miron” hərbi bazasında yerləşən hava müşahidə qərargahının casusluq texnikasını hədəfə alaraq məhv ediblər.

Əl-Malkiyyə hərbi bazasına artilleriya hücumu, Əl-Xəzan təpəsi ətrafında sionist əsgərlərin yerləşdiyi yerə hücum, Livanın işğal altında olan Kəfr Şuba yüksəkliyindəki Ruyisat Əl-Ələm və Əl-Samaqeh bazalarına raket hücumu, Xarbe Maarda sionist artilleriya bölməsinə hücum Hizbullahın cümə günü digər əməliyyatlarından olub.

Teqlər