Hizbullahın Təl-Əvivin təhlükəsizlik-kəşfiyyat sisteminə böyük nüfuzu
(last modified Mon, 26 Aug 2024 11:02:55 GMT )
Avq 26, 2024 15:02 Asia/Baku
  • Hizbullahın Təl-Əvivin təhlükəsizlik-kəşfiyyat sisteminə böyük nüfuzu

 Hərbi və strateji məsələlər üzrə ekspertlər Hizbullahın böyük əməliyyatını sionist rejimin təhlükəsizlik, kəşfiyyat və texnologiya sisteminə böyük təhlükəsizlik nüfuzu və Hizbullah üçün təhlükəsizlik, kəşfiyyat və hərbi texnologiya sahəsində nailiyyət adlandırıblar.

 

Livanın “Əl-Bəna” qəzeti Hizbullahın məşhur komandiri Fuad Şükrün terror edilməsinə Hizbullahın ilkin reaksiyasına toxunaraq yazıb: Hərbi və strateji məsələlər üzrə ekspertlər “Əl-Bəna”ya bildiriblər ki, İsrail, Amerika və qərb peykləri vasitəsilə hazırlıq vəziyyətinin ən yüksək səviyyədə olduğu bir vaxtda işğal altındakı Fələstinin şimalındakı bütün hərbi bazalara yüzlərlə raket və pilotsuz təyyarənin çatması, həmçinin Tel-Əvivin yaxınlığında kəşfiyyat idarəsinin vurulması İsrail təhlükəsizlik, kəşfiyyat və texnologiyaya sisteminə nüfuz, Hizbullah üçün isə təhlükəsizlik, kəşfiyyat və hərbi texnologiya sahəsində nailiyyət deməkdir. 

Ekspertlərin fikrincə, bu əməliyyat göstərdi ki, təşəbbüs Hizbullahın əlindədir. Bu əməliyyat Hizbullahın çəkindirmə balansını sabitləşdirdi və sionist rejimin çəkindirmə gücünü məhv etdi, oktyabrın 7-dən etibarən Netanyahunun kabinetində yaranmış böhranı və strateji boşluğu artırdı. 

Ekspertlər belə düşünür ki, həmçinin, Hizbullahın bu əməliyyatı sionist rejim kabinetinin Fuad Şükrün terror edilməsindən sonra cənubdakı sahə tənliyini dəyişdirmək, şimalda təhlükəsizliyi bərpa etmək və mühacir sionistləri şimal yaşayış məntəqələrinə qaytarmaq qabiliyyətinə dair illüziyasını üzə çıxartdı.

Teqlər