Sionistlərin məskunlaşdığı “Kermi Tesor” qəsəbəsinə hücumun yeni təfərrüatları
(last modified Sat, 31 Aug 2024 11:33:30 GMT )
Avq 31, 2024 15:33 Asia/Baku
  • Sionistlərin məskunlaşdığı “Kermi Tesor” qəsəbəsinə hücumun yeni təfərrüatları

Sionist mənbələr şənbə günü səhər elan ediblər ki, bir fələstinli döyüşçü maşınla “Kermi Tesur” qəsəbəsinin mühafizəçisinin üzərindən keçib, sonra bu qəsəbəyə daxil olub və sionistləri güllələyib.

 

Bu mənbələrin məlumatına görə, atışma əməliyyatı bu qəsəbənin girişində bomba yüklü avtomobilin partladılmasından sonra həyata keçirilib.

 

 Sionist mənbələr bu əməliyyatda iki sionistin yaralandığını bildiriblər.

 

 Sionist rejim ordusu da bu hadisənin bitmədiyini və Kermi Tesur şəhəri ətrafında əməliyyatın hələ də davam etdiyini açıqlayıb.

 

 Bununla bağlı sionist “Yediot Ahronot” qəzeti İsrail hərbçilərinin əməliyyatın icraçısına atəş açdığını yazıb.

 

 Sionist rejim ordusu bu əraziyə çoxlu sayda hərbçi göndərib.

Teqlər