Ənsarullah: Düşmənin son cinayəti son 20 ildə fələstinliləri didərgin salmaq üçün ən böyük əməliyyatdır
(last modified Sun, 01 Sep 2024 11:52:53 GMT )
Sen 01, 2024 15:52 Asia/Baku
  • Ənsarullah: Düşmənin son cinayəti son 20 ildə fələstinliləri didərgin salmaq üçün ən böyük əməliyyatdır

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi yaydığı bəyanatda bildirib ki, İordan çayının qərb sahilində dinc əhali arasında qorxu yaratmaq və onları köçkün salmaq məqsədi ilə düşmən İsrailin son hərbi cinayəti son 20 ilin ən böyük əməliyyatıdır.

 

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi bu bəyanatda hərbi gərginliyi və sionist rejimin İordan çayının qərb sahilinə hücumlarını və bu rejim əsgərlərinin Fələstin düşərgələrinə hücumunu böyük narahatlıqla izlədiyini vurğulayıb.

Bəyanatda bildirilir: “Düşmən İsrail Fələstinin kənd və qəsəbələrində dinc sakinləri öldürmək və evlərini yandırmaq üçün başdan-ayağadək silahlanmış sionist mühacirlərin ipini buraxıb.”

Ənsarullah daha sonra düşmənin təcavüzü ilə qarşılaşan və şəhidlik əməliyyatları həyata keçirən Fələstin müqaviməti, Fələstin müqavimətnin və onun müxtəlif qruplarının birliyini təbrik edərək bildirib: “Bu qruplar təkamül və koordinasiyanın qabaqcıl mərhələsindədir.”

Teqlər