HƏMAS: Sionist əsirlərin ölümünə görə Netanyahu və Bayden məsuliyyət daşıyır
(last modified Sun, 01 Sep 2024 13:03:12 GMT )
Sen 01, 2024 17:03 Asia/Baku
  • HƏMAS: Sionist əsirlərin ölümünə görə Netanyahu və Bayden məsuliyyət daşıyır

 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Qəzzada sionist əsirlərin ölümünə görə İsrailin baş naziri Benyamin Netanyahu və Amerika prezidenti Co Baydeni cavabdeh hesab edib.

 

İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü İzzət Ər-Rəşəq vurğulayıb ki, Qəzzada müqavimətin əlində olan sionist əsirlərin öldürülməsinin məsuliyyəti soyqırımın davam etdirilməsində israrlı olan və atəşkəs razılaşmasından yayınan sionist rejim kabinetinin üzərinə düşür.

O əlavə edib: Amerika hökuməti də sionist rejimə dəstək verməsi və bu rejimin Qəzzə xalqına qarşı müharibəsində şərik olduğu üçün sionist əsirlərin öldürülməsinə görə məsuliyyət daşıyır.

HƏMAS-ın siyasi bürosunun üzvü deyib: Hər gün Fələstin xalqı sionist rejim tərəfindən Amerika silahları ilə qətlə yetirilir və Qəzzədəki sionist əsirlər yalnız bu rejimin hücumları və bombardmanları nəticəsində həlak olublar.

Teqlər