Hizbullah sionist rejimi mövqelərini 30 raketlə hədəfə alıb
(last modified Tue, 03 Sep 2024 10:26:09 GMT )
Sen 03, 2024 14:26 Asia/Baku
  • Hizbullah sionist rejimi mövqelərini 30 raketlə hədəfə alıb

Livan Hizbullah Hərəkatı ölkənin cənub məntəqlərinə yaxın olan sionist şəhərciklərini ağır raket hücumu ilə hədəfə alıb.

 

Fələstinin işğal altında qalmış şimal ərazilərini 30-dan çox raketlə hədəfə alan Hərəkat qüvvələri sionist şəhərciklərinə edilmiş hücum əməliyyatı barədə xəbər verib.

Hizbullahın hərbi əməliyyatının ardınca qərbi Əl-Cəlil məntəqəsində yerləşən Eyn-u Yəqub qəsəbəsində elektriklər kəsilib.Cətun, Yəhyəam, Eyn-u Yəqub, Hillə, Zəriyyət, Səmra, Nəfi Zeyf və Mənut kimi sionist şəhərciklərində isə, həyəcan sirenləri çalınıb.

Bundan əlavə Qüds briqadalarının Tul Kərm qolu elan edib ki, mübariz döyüşçülər sionist rejimin bulduzer texnikasını partladıb. Bu hadisənin Tul Kərm düşərgəsinə tərəf “Əl-Mədaris” adlı yolda baş verdiyi bildirilib.

Teqlər