Sionist KİV-lər fələstinli əsirlərə verilən işgəncələri yayımlayıb
(last modified Sat, 07 Sep 2024 10:57:18 GMT )
Sen 07, 2024 14:57 Asia/Baku
  • Sionist KİV-lər fələstinli əsirlərə verilən işgəncələri yayımlayıb

İvritdilli “Haaretz” nəşri işğal edilmiş ərazilərin şimalında yerləşən “Megido” həbsxanasında saxlanılan əsirlərin təhqir edilməsi və onlara verilən işgəncələrin görüntülərini yayımlayıb.

 

Adı çəkilən nəşr yazıb ki, əldə edilmiş video görüntülərdən məlum olur ki, əlibağlı, üryan halda onlarca fələstinli əsir üzüstə yatırdılıb və sionist zabitlərin itləri onların üstünə hücüm edir. Heç bir təhlükəsizlik xidmətinin göstərilmədiyi bu zindanda boş buraxılmış itlər əsirləri parçalayır.

“Megido” həbsxanasında saxlanılan əsirlərdən bir neçəsi “Haaretz” nəşrinə bildiriblər ki, belə bir hadisələr həbsxanada adi bir haldır və sionist növbətçilər daimi olaraq əsirləri fiziki və psixoloji işgəncələrə məruz qoyurlar.

Qeyd edək ki, ötən 11 ay ərzində Fələstində fəlaiyyət göstərən Beynəlxalq insan hüquq müdafiəçiləri və digər beynəlxalq qurumlar sionist rejimin həbsxanaları xüsusilə işğal edilmiş ərazilərin cənubunda yerləşən “Sedi Teimann” həbsxanasındakı böhranlı şərait haqda dəfələrlə xəbərdarlıq ediblər.