Livanda yaşayan iranlı qadın sionist rejim tərəfindən terror edildi
İranın Livandakı səfirliyi Məsumi Kərbasinin şəhadət xəbərini elan edərək açıqlayıb: “Beynəlxalq ictimaiyyəti sionist rejimin döyüş maşınının daimi təhlükəsi altında olan günahsız insanların həyatlarını qorumaq üçün əməli, təcili və təsirli addımlar atmağa çağırırıq.”
İran İslam Respublikasının Livanın paytaxtı Beyrutdakı səfirliyi X sosial şəbəkəsindəki rəsmi hesabında paylaşdığı mesajda yazıb: “Çox təəssüf hissi ilə əziz həmvətənlərimizə bildiririk ki, sionist rejimin 19 oktyabr 2024-cü il şənbə günü qeyri-insani bir hərəkətlə Livanın Cuniyə şəhərində ictimai məkana dron hücumu nəticəsində Livanda yaşayan Məsumə Kərbasi adlı iranlı qadın həyat yoldaşı ilə birlikdə şəhadət feyzinə nail olub.
İran İslam Respublikasının Beyrutdakı səfirliyi bu əzizin övladlarını və yaxınlarını təbrik edir və onlara başsağlığı verir, günahsız vətəndaşları hədəf alan sionistlərin bu vəhşi hərəkətini şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti sionist rejimin döyüş maşınının daim təhlükəsi altında olan günahsız insanların həyatını qorumaq üçün əməli, təcili və təsirli addımlar atmağa çağırır.