İraq Müqavimətinin PUA hücumları xunta rejimini təngə gətirib
Gün ərzində azı 5 əməliyyat həyata keçirilir
Qərb mənbələri İraq Müqavimət Qüvvələrinin işğal altındakı Fələstinin dərinliklərinə pilotsuz təyyarələrlə hücumlarını bu rejim üçün ciddi problem kimi qiymətləndirib.
Associated Press Xəbər Agentliyi Amerika rəsmilərinə istinad edərək, İsrail rejiminin İraq ərazisindən hər gün pilotsuz təyyarələrin hücumu ilə üzləşdiyini bildirir.
Qeyd olunur ki, Amerika-Qərb koalisiyası PUA-ları İsrailə çatmamış tutmağa çalışsalar da, əksər hallarda buna nail ola bilmirlər.
Associated Press də bir təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, İraqdan İsrailə doğru atılan pilotsuz təyyarələrin orta sayı gündə beş PUA-ya çatıb.
Qeyd edək ki, İsrail rejiminin Qəzzəyə qarşı müharibəsinin başlanmasından bəri İraqın İslami müqaviməti işğal altındakı Colan, Hayfa, Təl-Əviv və Eylatdakı hərbi hədəfləri onlarla pilotsuz uçuş aparatı ilə hədəfə alıb.